CƏMİYYƏT
“Gazelli Group” şirkəti Almaniyada keçirilən beynəlxalq “DGF Profeciency” testlərində yüksək nəticələrə nail olub
![“Gazelli Group” şirkəti Almaniyada keçirilən beynəlxalq “DGF Profeciency” testlərində yüksək nəticələrə nail olub](/files/2024/1/1200x630/17064499013494999_1200x630.jpg)
Bakı, 28 yanvar, AZƏRTAC
“Gazelli Group” şirkətinin Elmi-Sınaq departamenti ötən il Almaniyada keçirilən beynəlxalq “DGF Profeciency” testlərində iştirak edərək yüksək nəticələrə nail olub.
AZƏRTAC xəbər verir ki, “German Society for Fat Science” tərəfindən təşkil edilən “Profeciency Test DGF” testlərinin əsas məqsədi dünya üzrə yağların təhlili ilə məşğul olan aparıcı laboratoriyaların düzgünlüyünü və etibarlılığını qiymətləndirməkdir. Sınaq çərçivəsində iştirakçılar yağ nümunələrini analiz edir, müxtəlif analitik prosedurları həyata keçirir və nəticələrini digər laboratoriyaların nəticələri ilə müqayisə edirlər. Bu cür testlər laboratoriyalar arasında bilik və təcrübə mübadiləsini daha da gücləndirir.
Qeyd edək ki, 32 ölkədən 144 laboratoriya təmsil olunub. İştirakçılar sırasında Azərbaycandan bir (“Gazelli Group”), Türkiyədən iki laboratoriya olmaqla, əsasən Avropa və ABŞ laboratoriyaları yer alıb.
Bu kimi beynəlxalq tədqiqatlar “Gazelli Group”un tədqiqat və inkişaf sahəsində etibarlı tərəfdaş kimi formalaşmasına kömək edir, həmçinin tərəfimizdən aparılan analizlərin, sınaqların keyfiyyətinə təminat verir.