Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gecikmiş etiraf: Ermənistan fəlakətlə üz-üzə

Gecikmiş etiraf: Ermənistan fəlakətlə üz-üzə

Uzun illərdir ki, rəsmi Bakı Ermənistan rəhbərliyinin yarıtmaz və düşüncəsiz siyasət yeritdiyi haqqında tutarlı faktlarla bəhs edir. Analitiklər də zaman-zaman həmin mövzuda təhlillərini aparırdılar. Lakin hər dəfə həm erməni ekspertləri, həm də Ermənistanın kriminal xunta rejimi bütün bunları təkzib edirdi. Üstəlik, Qərbin üzdəniraq qeyri-hökumət təşkilatları və bəzi dairələri Ermənistanı az qala regionun ən demokratik, insan haqlarının gözlənildiyi və demokratikləşən ölkə kimi təqdim edirdilər. Budur, diaspor nümayəndəsi Zare Palyan tamamilə əks mövqe nümayiş etdirir. O, konkret faktlarla Ermənistan hakimiyyətinin insan haqlarını tapdaladığını, öz xalqını güdaza verdiyini, işgüzar dairələri sıxışdırdığını, korrupsiyanı yüksək səviyyəyə qaldırdığını sübut edir. Bütün göstəricilərə görə Ermənistan dərin böhran içindədir və onun xilas olmaq imkanları minimumdur.

Transformasiyalara ehtiyac: acgöz və tamahkar hakimiyyətin yolu

Serj Sarkisyanın 2040-cı ilə qədər Ermənistan əhalisinin sayını 4 milyona çatdırmaq proqnozu ilə bağlı dediyi fikirlər erməni cəmiyyətində ciddi narazılıqlar yaradıb. Ekspertlər hakimiyyətin belə danışmasını onun dərin böhran içində olması ilə izah edirlər. Hesab edirlər ki, S.Sarkisyan iqtidarı faktiki olaraq ölkənin inkişafdan qalacağını proqnozlaşdırır. O cümlədən əhali artımı məsələsinin həll edilə bilinməyəcəyinə işarə edir. Çünki 23 il ərzində Ermənistanda əhali artımının cəmi 1 milyon 100 min təxmin edilirsə, bu, fəlakətdir (2016-cı ilin statistikasına görə, Ermənistanda əhalinin sayı 2 milyon 925 min olub).

Əslində, S.Sarkisyan haqlıdır - erməni cəmiyyətinin indiki şərtlər daxilində gələcəyi müəmmalıdır. Burada gənc nəslin vəziyyəti acınacaqlı olaraq qalır. İnsanlar ölkəni sürəkli tərk edirlər. Onlar dünyanın müxtəlif regionlarına sözün həqiqi mənasında Sarkisyan istibdadından qaçırlar. Bununla yanaşı, gedənlərin geri dönmə ehtimalı çox aşağıdır. Bu barədə bir sıra erməni mütəxəssis, ictimai xadim və ekspertlər danışırlar.

Bunun son təzahürlərindən biri bu günlərdə keçirilən Ermənistan-Diaspor VI ümumerməni konfransında ifadə edilən fikirlər olub. ABŞ-da yaşayan ictimai xadim Zare Palyan jurnalistlərə Ermənistan hakimiyyətinin yeritdiyi siyasətlə bağlı öz fikirlərini açıq bildirib. Z.Palyan S.Sarkisyanın əhali artımı ilə bağlı söylədiklərini belə şərh edib: "Əgər o, belə danışırsa, anlamalıdır ki, ölkədə ciddi transformasiyalara ehtiyac vardır" (bax: Этот путь ведет нас в пропасть - Заре Палян / "lragir.am", 18 sentyabr 2017).

Sözlərinə davam edərək Z.Palyan bildirib ki, Ermənistan iqtidarının bu siyasəti davam edərsə, insanların geri dönüşü mümkün olmayacaq. Razılaşaq ki, kifayət qədər ciddi ittiham olsa da, o, reallığı əks etdirir. İnsanların Ermənistanı tərk etməsinin əsas səbəbi hakimiyyətin yarıtmaz, düşünülməmiş, məntiqsiz və antidemokratik daxili və xarici siyasət yeritməsidir.

Müqayisə üçün deyək ki, Gürcüstanın, indiki statistikaya görə, əhalisinin sayı 3 milyon 719 mindir. Azərbaycanda əhalinin sayı 9 milyon 762 min nəfərdir (2016-cı ilə olan göstərici). Və Azərbaycanda əhalinin artım qrafiki yüksələndir, Ermənistanda isə azalmağa doğrudur. Adi müqayisələr göstərir ki, hazırda Ermənistan əhalisinin sayı təqribən təkcə Bakıda yaşayanlar qədərdir (Bakıda 2017-ci ilin mart ayına olan məlumata görə, 2 milyon 250 min insan yaşayır).

Təbii ki, hətta bu qısa müqayisələr belə göstərir ki, Ermənistan hələ uzun müddət demoqrafik böhran içində yaşayaraq qonşularından xeyli geridə qalacaq. İndi Azərbaycanda insan resursları Ermənistandan 5 dəfə çoxdursa, 2040-cı ildə 10 dəfə çox ola bilər. Z.Palyan kimi şovinist ermənilər də məhz bu gedişatdan qorxurlar. Lakin həqiqəti deyirlər.

Zare Palyan fikirlərinə davam edərək deyib ki, "Ermənistan hakimiyyəti heyrətamiz dərəcədə acgöz və tamahkardır" (bax: əvvəlki mənbəyə). Mövcud situasiya onları ayıltmalıdır. Prezident və məmurlar əməllərinə bir də nəzər salmalıdırlar. O, erməni hakimiyyətində oturanları nəzərdə tutaraq ifadə edib: "Sərhədsiz acgözlüyün sonu görünmür. Əlbəttə, hər şeyi dəyişmək olar, lakin adamlar bu "dəyirmanda" özlərini cənnətdə hiss edirlər - vicdansızcasına və müzakirə etmədən talayırlar. Elektrik enerjisinin qiymətini qaldırırlar, hərçənd, insanların əlində pul yoxdur. Bu isə o deməkdir ki, onlar (hakimiyyətdəkilər - red.) heç nəyi dəyişmək istəmirlər və insanların Ermənistanı tərk etməsi üçün əllərindən gələn hər şeyi edirlər. Bu yol bizi uçuruma aparır, onu saxlamaq lazımdır" (bax: əvvəlki mənbəyə).

Doğrudur, cənab Zare Palyan, uzun illərdir ki, elə rəsmi Bakı da eyni fikirləri ifadə edir, Ermənistan hakimiyyətini ağıllı olmağa, öz xalqını bada verən siyasətdən əl çəkməyə çağırır. Lakin, açıq danışaq, nə sizlər (erməni diasporu), nə də Sarkisyan rejimi həqiqəti eşitmək istəmirsiniz. İndi özünüz Ermənistan hakimiyyətinin haqsızlıqları ilə rastlaşıb etirazınızı bildirirsiniz.

Ədalətsiz və korrupsiyaçı: Sarkisyan iqtidarının iki özəlliyi

Budur, Zare Palyan deyir ki, diaspor və xarici sərmayədarların Ermənistan iqtidarına etibarı sıfırdır. Onun özü şəxsən 4 dəfə Ermənistanda biznes qurmaq istəyib və 120 min ABŞ dolları həcmində sərmayə yatırıb. Lakin onların hamısını əlindən alıblar. Məhkəmə isə yoxdur. Beşinci dəfə isə İrəvanda ümumiyyətlə ona, "çıx get!", deyiblər. Bütün bunlardan Z.Palyanın çıxardığı nəticələr belədir - Ermənistan hakimiyyəti quldur, acgöz, dağıdıcıdır, xalqı qırır, əxlaqsızdır, zadəganlığı yoxdur, korrupsionerdir və ədaləti tanımır (bax: əvvəlki mənbəyə).

Bunlardan başqa, Ermənistanda vəzifəyə qanında vəhşilik və ədalətsizlik olanları təyin edirlər. Belə təyin edilmiş naziri millətin rifahı üçün işləməyə məcbur etmək mümkün deyil. Bu səbəbdən də "Ermənistanda düz adamı axmaq sayırlar, onu heç bir yerə buraxmırlar. Varlanmaq üçün hər şeyə hazır olanları isə çevik və istedadlı adlandırırlar" (bax: əvvəlki mənbəyə).

Maraqlıdır ki, Zare Palyan erməni katolikosu II Qaregini də ikiüzlülükdə ittiham edib. O deyib ki, Serj Sarkisyanla katolikos Qaregindən həqiqət gözləmir, "başqalarının yazdıqlarını oxumaq heç kimə şərəf gətirmir" (bax: əvvəlki mənbəyə). Yəni nə Ermənistanın dövlət başçısı, nə də dini rəhbəri öz sözünü demir, kənardan edilən diktə ilə oturub-dururlar. Buna görə də onların danışdıqları erməni xalqının deyil, kənar qüvvələrin maraqlarını ifadə edir.

Belə məlum olur ki, Ermənistanda daxili sosial-siyasi, iqtisadi, əxlaqi və mədəni vəziyyətin dərin böhran içində olduğu barədə artıq ermənilərin özləri yüksək səslə danışırlar. Ancaq burada iki maraqlı məqam mövcuddur.

Birincisi, Ermənistanın uçuruma getdiyi barədə Azərbaycan tərəfi dəfələrlə bəyanat verib, izah edib. Lakin Bakı bu haqda danışanda ermənilər tamam əksini söyləyirdilər. Onlar Azərbaycanda qondarma problemlər axtarır və bunun fonunda Ermənistanın "inkişafından" bəhs edirdilər. Xüsusilə, erməni ordusunu hər şeyə qadir göstərirdilər. Aprel döyüşlərindən sonra isə Ermənistan cəmiyyəti sanki ayıldı. Hadisələrə nisbətən obyektiv yanaşmağa çalışdılar. Nəticədə, hakimiyyətin bütün qüsurları ilə bağlı fikirlərini açıq deyənlərin sayı artdı. İndi Ermənistanda dövlətçilik tarixindən tutmuş hazırkı erməni rəhbərliyinə qədər bütün hadisələri yenidən nəzərdən keçirməyə cəhdlər edilir. Bir sıra erməni tarixçisi artıq "soyqırımı" nağılının kənardan sırındığını, əsrlərlə türklərlə ermənilərin yanaşı yaşadığını, azərbaycanlıların düşmən obrazını yaratmağın fəlakət olduğunu və s. vurğulayırlar. Özlüyündə bunlar maraqlı məqamlardır.

İkincisi, beynəlxalq qeyri-hökumət təşkilatları hesabatlarında Ermənistanı Cənubi Qafqazda ən demokratik, korrupsiyanın az olduğu, demokratik islahatların uğurla keçirildiyi ölkə kimi təqdim edirlər. Təkcə Z.Palyanın gətirdiyi faktlar göstərir ki, bütün bunlar cəfəngiyatdır. Qərbin siyasi dairələri, qeyri-hökumət təşkilatları və sosial şəbəkələri əsasən ikili standartlarla hərəkət edirlər. Onlar ağa qara, qaraya da ağ deyə bilirlər. Onu vurğulayaq ki, indi bu barədə bir sıra alman KİV orqanı da yazır. Reallıqda Qərbin müəyyən dairələri dərin islamofobiya mərəzinə tutulublar. Nəticəsi də göz qabağındadır. Ermənistan indi uçuruma doğru daha sürətlə irəliləməkdədir. Əgər onun təcavüzkarlığına dəstək verməsəydilər, onu işğal etdikləri Azərbaycan torpaqlarından rədd etsəydilər, indi Ermənistanda vətəndaşlar insan ləyaqətinə uyğun olan şəraitdə yaşayardılar.

Hər nə isə, məlum olur ki, erməni ziyalıları da, Qərbin siyasi liderləri də Ermənistan məsələsində gecikiblər. Burada müstəqil dövlət quruculuğu baş tutmadı. Sonra necə olacaq, o da ermənilərin öz işləridir. Lakin bütün hallarda Ermənistanın işğalçı ordusu zəbt etdiyi Azərbaycan torpaqlarından çəkilməsə, erməniləri heç havadarları da xilas edə bilməyəcək. Bu da həqiqətdir, cənab Zare Palyan və Zori Balayan!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb