İQTİSADİYYAT
Gələn il Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 150 illiyi qeyd olunacaq
Bakı, 7 sentyabr (AZƏRTAC). Bakıda keçirilən Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın 29-cu iclası çərçivəsində “ICANN” korporasiyası ilə RRB arasında əməkdaşlıq və növbəti tədbirin təşkili məsələləri müzakirə olunub.
Tədbirdə RRB-nin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə işçi qrupunun 12-ci iclasında təsdiq olunmuş 20 layihə komissiyanın müzakirəsinə təqdim edilib və bununla bağlı rəylərin sentyabrın 8-dək bildirilməsi qərara alınıb. Eyni zamanda, komissiyanın növbəti iclasının gündəliyinə 2015-ci ilin may ayında BTİ-nin yaranmasının 150 illiyinin təntənəli keçirilməsi və “Reqional təşəbbüslər layihəsi”nin hazırlanması məsələləri əlavə olunub.