Gələn ildən əsas vəsaitlərin idxalının ƏDV-dən azad olunması nəzərdə tutulur
Bakı, 11 noyabr, AZƏRTAC
Bu gün sahibkarların istehsal sahələri qurmaq üçün çəkdikləri kapital xarakterli xərclərin daha çox hissəsini əsas vəsaitlərin alınması və ya ölkəyə idxalı kimi maliyyə tutumlu investisiyalar təşkil edir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu sözləri Xidmətin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Əvəz Quliyev deyib.
DVX nümayəndəsi bildirib ki, bu səbəbdən də gələn ildən Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahıda müəyyən olunacaq kateqoriya üzrə əsas vəsaitlərin idxalının ƏDV-dən azad olunması nəzərdə tutulur.
Nəticədə istehsalçılar istehsal sahələrinin qurulması ilə bağlı idxal etdikləri əsas vəsaitlərə görə maliyyə vəsaitlərinə qənaət etmiş olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]