Gənc alimlər tələbələr qarşısında fizikanın aktual mövzuları üzrə çıxış etmişlər
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Azərbaycanda Atatürk Mərkəzində tədbir keçirilmişdir.
AMEA-nın Fizika İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, tədbir ATGTİ -nin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan qazanmış olduğu “Alim gənc” qrant layihəsi çərçivəsində təşkil edilmişdir.
Tədbirdə AMEA prezidentinin müşaviri Rəhim Hüseynov belə tədbirlərin müntəzəm keçirilməsinin əhəmiyyətindən bəhs etmişdir.
Sonra Fizika İnstitutunun gənc alim və mütəxəssisləri Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Qızlar Universitetində təhsil alan tələbələr qarşısında fizikanın aktual mövzuları üzrə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]