Gənc kulinarların beşinci çempionatında NDU birinci yerə layiq görülüb
Bakı, 11 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) Texnologiya Mərkəzi Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Dünya İslam Kulinariya Birliyinin prezidenti Tahir Əmiraslanovun 65 illik yubileyinə həsr edilən təhsil alan gənc kulinarların beşinci Respublika çempionatında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, gənc kulinarların beşinci çempionatında NDU komandası bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb.
NDU-nu təmsil edən komandaya Texnologiya Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva rəhbərlik edib.