İDMAN
Gənc qılıncoynadanlarımız dünya kubokunun mərhələ yarışında iştirak ediblər
Bakı, 7 fevral, AZƏRTAC
İstanbulda qılıncoynatmanın şpaqa növü üzrə gənclər arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təmsilçilərimizdən şəxsi yarışlarda yalnız Nazilə Rəhimova pley-offa yüksəlməyi bacarıb.
Qrupda 3 qələbəsi olan N.Rəhimova pley-offda fransalı Elea Jouveyə 10:15 hesabı ilə uduzub. Xədicə Həsənli və Azərin İdriszadə isə qrup mərhələsini adlaya bilməyiblər.
Qızların komanda yarışında ilk görüşdə Honkonqa 45:20 hesabı ilə qalib gələn şpaqaçılarımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Polşa yığmasına 18:45 hesabı ilə məğlub olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [18:07]
Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
- 04.05.2024 [17:49]
Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb
- 04.05.2024 [17:48]
Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir
- 04.05.2024 [16:57]
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb
- 04.05.2024 [16:09]
Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub
- 04.05.2024 [15:05]
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
- 04.05.2024 [14:10]