GƏNC RƏSSAMIN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR
İttifaqın sədri Fərhad Xəlilov, xalq yazıçısı Hüseyn Abbaszadə, professor Zəhra Quliyeva və başqaları gənc fırça ustasının yaradıcılıq uğurlarından danışmış, onun Bakı, Ankara, London şəhərlərində fərdi sərgilərinin böyük maraqla qarşılandığını bildirmişlər.
Sərgidə rəngkarlıq və qrafika üzrə 40 əsər nümayiş etdirilir. Onların əksəriyyəti ölkəmizin paytaxtına, onun qədim memarlıq abidələrinə və tarixi adət-ənənələrə həsr olunmuşdur.
Mədəniyyət, Gənclər, İdman və Turizm nazirliklərinin və Rəssamlar İttifaqının təşəbbüsü ilə keçirilən sərgi sentyabrın 25-də İstanbulda keçiriləcək ənənəvi Beynəlxalq Təsviri Sənət sərgisinə dəvət almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:54]
Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub
- 09.06.2026 [23:49]