CƏMİYYƏT
Gənc tibb mütəxəssisləri xarici ölkələrdə ixtisasartırma kursları keçəcəklər
Bakı, 9 aprel (AZƏRTAC). Səhiyyə Nazirliyi tibbin müxtəlif sahələri üzrə ixtisasartırma kursları təşkil edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 19 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən kurslarda iştirak etmək istəyənlərdən ən azı 3 il iş stajı və xarici dilləri (ingilis, alman, türk və rus) səlis bilmək tələb olunur.
Gənc tibb mütəxəssisləri Türkiyənin və Almaniyanın aparıcı klinikalarına ixtisasartırma kurslarına göndəriləcəklər. Bunun üçün onlar aprelin 9-dan mayın 1-dək nazirliyə müraciət etməlidirlər.