Gənc vokalçılar üçün ustad dərsi
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 2-də Kamera və orqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc vokalçılar üçün ustad dərsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Xalq artisti, Manhaym Dövlət Opera Teatrının aparıcı solisti Əvəz Abdullayev (bariton) və Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı, “La Scala” vokal Akademiyasının məzunu Azər Rzazadə (tenor) gənc vokalçılarla öz təcrübələrini bölüşəcək.
Ustad dərsində Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində olan orta ixtisas musiqi məktəb-studiyasının şagird və müəllimləri iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]