Gəncədə “Atalar və qızlar” festivalı keçiriləcək
Bakı, 9 mart, AZƏRTAC
Martın 11-də Gəncədə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Atalar və qızlar” festivalı keçiriləcək. Festival Niderlandın Azərbaycandakı səfirliyinin və Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunacaq.
Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, festivalda atalar və qızları musiqili proqram, yarışlar, müxtəlif uşaq oyunları və şoularda iştirak edəcəklər. Uşaqlar ataları ilə birlikdə pazl, rəsm və saçhörmə yarışlarında məharətlərini göstərəcəklər. Festival zamanı iştirakçılar kloun, sehrbaz və kukla teatrı əməkdaşlarının çıxışlarını izləyəcəklər. Həmçinin festival çərçivəsində müxtəlif viktorinalar keçiriləcək və qaliblərə hədiyyələr təqdim olunacaq.
Xatırladaq ki, “Atalar və qızlar” festivalı ölkəmizdə ikinci dəfə təşkil olunur. Bu festival daha əvvəl Bakıda keçirilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]