Gəncədə Azərbaycan gənclərinin I informasiya kommunikasiya texnologiyaları forumu öz işinə başlamışdır
Gəncə, 23 noyabr (AZƏRTAC). “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncədə Azərbaycan gənclərinin I informasiya kommunikasiya texnologiyaları forumu öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, 100-ə yaxın gəncin iştirak etdiyi forumda informasiya resurslarının effektiv fəaliyyəti, İKT sahəsində yeni ideyaların yayılması və ən yeni təlimlərin aparılması, bu sahədə gənclərin fəaliyyəti və informasiya-telekommunikasiya sahəsində daha səmərəli fəaliyyətinə təminat yaradılması kimi məsələlər ətrafında müzakirələr aparılacaq, region gənclərinin qarşılaşdıqları problemlərin qismən aradan qaldırılması üçün məsləhətlər veriləcəkdir.
Forumda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, eləcə də qeyri hökumət təşkilatlarının ekspertləri müxtəlif mövzularda məruzələrlə çıxış edəcək, maraqlı diskussiyalar aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:51]
Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib
- 19.06.2026 [11:01]
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
- 18.06.2026 [19:27]
Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]