Gəncədə sərnişindaşımaya nəzarət gücləndirilmişdir
Gəncə, 20 noyabr (AZƏRTAC).Gəncədə lazımi sənədləri qaydasında olmayan avtobus və mikroavtobus sürücülərinə qarşı reydlərə başlanılmışdır. Reyd zamanı çoxlu sayda nöqsanlar aşkar edilmişdir.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Gəncə regional şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, son vaxtlar respublikamızın avtomobil yollarında sərnişin daşıyan avtobus və mikroavtobusların törətdikləri qəzaların təhlili göstərir ki, hadisələrin əksəriyyəti sürücülərin səriştəsizliyi ucbatından baş verir. Doğrudur, hələ ki, Gəncədə belə hadisələr baş verməmişdir. Lakin profilaktika məqsədilə belə sürücülərə qarşı reydlərə başlanılmışdır. Reyd zamanı aşkar edilmiş bəzi faktlar onu deməyə əsas verir ki, hələ də bu sahədə nöqsanlar mövcuddur və bəzi sürücülər ictimai nəqliyyat vasitəsini sənədsiz idarə edirlər. Reyd zamanı saxlanılmış 50-dən artıq avtobusdan 20-sində sürücülük vəsiqəsi olmamışdır. Həmin avtobusların istismarı dayandırılmış və cərimə meydançasına qoyulmuşdur. Hazırda bu istiqamətdə reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]