GƏNCƏDƏ UŞAQ HÜQUQLARININ MÜDAFİƏSİNƏ HƏSR OLUNMUŞ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ölkəmizin regionlarında uşaq hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti öyrənmək və bu sahədə çalışanları maarifləndirmək məqsədi ilə Gəncədə seminar-müşavirə keçirilmişdir.
Ombudsman Aparatının və YUNİSEF-in birgə təşkil etdiyi tədbirdə uşaqların hüquqlarının müdafiəsi istiqamətində dünyada və ölkəmizdə görülən işlərdən danışılmışdır. Respublikamızın Qərb bölgəsində yerləşən rayonların hüquq mühafizə orqanlarının əməkdaşları, idarə və təşkilat rəhbərləri, habelə təlim-tərbiyə müəssisələrinin nümayəndələri bildirmişlər ki, 1989-cu ildə qəbul edilmiş BMT Uşaq Hüquqları Konvensiyasına qoşulduqdan sonra Azərbaycanda qəbul olunmuş bir sıra aktlar uşaq hüquqlarının müdafiəsində mühüm rol oynamışdır.
Sonda irəli sürülən təklif və rəylər dinlənilmiş, proqram müəyyənləşdirilmişdir.