Gəncədə yağışın törətdiyi fəsadların aradan qaldırılması işləri davam etdirilir
Bakı, 11 may, AZƏRTAC
Gəncədə yağan yağışlar nəticəsində su ilə dolan ərazilərdə, o cümlədən evlərin zirzəmilərində, həyətyanı sahələrdə və küçələrdə suyun çəkilməsi işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Gəncə Regional Mərkəzindən 30 nəfərdən ibarət canlı qüvvə və 14 motopompa, Dövlət Yanğından Mühafizə Xidmətindən 27 nəfər, 6 motopompa və 6 texnika cəlb olunub.