Gənclər Fonduna gənclər təşkilatları üzvlərinin fərdi layihələrə müraciət qaydalarına dair vebinar keçirilib
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Gənclər Fondunda Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbovun təqdimatında “Azərbaycan Gənclər Fonduna Gənclər təşkilatlarının üzvlərinin fərdi layihələrə müraciət qaydaları” mövzusunda onlayn vebinar keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a bildiriblər ki, vebinarın keçirilməsində məqsəd Gənclər Təşkilatları üzvlərinin fərdi layihələrə müraciətlə bağlı suallarını cavablandırmaq və bu mövzuda ətraflı məlumatlar vermək olub.
Onlayn vebinarda Azərbaycan Gənclər Fondunda layihələrin yazılması üsulları, Fondun həyata keçirdiyi “İdeyanı reallaşdır” layihəsi - “GəncApp” proqramından istifadə qaydaları və sair mövzulara toxunulub.
Onlayn vebinarda gənclər təşkilatlarının nümayəndələri və könüllüləri, ARGTMŞ-in katibliyi və könüllüləri, o cümlədən, fərdi gənclər də iştirak ediblər.
O.Ərəbov vebinar ərzində iştirakçıların ona ünvanladığı sualları cavablandırıb.