Gənclərdən ibarət basketbol yığmamızın üzvü yoxlanış məqsədilə İspaniyadadır
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Basketbol Federasiyasında ölkə basketbolunun inkişafına dair işlər görülməkdə davam edir.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, qurumun dəstəyi ilə gənclərdən ibarət yığma komandamızın üzvü Hüseyn Qaflanov İspaniyanın “Valensiya Basket” klubunda yoxlanışdadır. İspaniyalı seleksionerlərin diqqətini cəlb edən 14 yaşlı, 2.06 metr boya malik olan gənc istedad Hüseyn hazırda klubun yoxlanış məqsədi daşıyan təlim-məşq toplanışında iştirak edir.
Ümid edirik ki, gənc basketbolçumuz yoxlanışdan uğurla keçərək, gələcəkdə Azərbaycanı beynəlxalq arenada təmsil edəcək.