Gənclərdən ibarət yığmalarımız Ankarada beynəlxalq turnirdə iştirak etmişlər
Bakı, 16 may (AZƏRTAC). Ankarada gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə 14-cü Beynəlxalq çempionlar turniri keçirilmişdir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, 3 gün davam edən turnirdə 15 ölkənin pəhləvanları mübarizə aparmışlar. Ölkəmizin sərbəst, qadın və yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandaları da turnirdə qüvvələrini sınamışlar. Komandalarımız beynəlxalq turniri 1 gümüş və 3 bürünc medalla başa vurmuşlar.
Sərbəst güləşdə ölkəmizi məşqçi Namiq Quliyevin rəhbərliyi altında İxtiyar Quliyev, Kənan Məmmədov (hər ikisi 50 kq), Fuad Nəsirli (55 kq), Nurlan Hacıyev, Muxtar Sadullayev (hər ikisi 66 kq), Kamran Yunusov (74 kq) və Aslan Dzebisov (120 kq) təmsil etmişlər.
Yunan-Roma güləşi üzrə böyük məşqçi Ağalar Aslanov və məşqçi Orxan Əliyevin rəhbərliyi altında Vüsal Atayev, Rəşad Şükürov (hər ikisi - 55 kq), Orxan Paşayev (60 kq), Ceyhun Əliyev (66 kq), Fuad Əliyev (74 kq), Zaur Mehrəliyev (120 kq) mübarizə aparmışlar. 120 kq çəki dərəcəsində Zaur Mehrəliyev bürünc mükafata layiq görülmüşdür.
Qızların yarışında Azərbaycanı 6 idmançı təmsil etmişdir. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Marziget Baqomedova, Aydan Səfərli (hər ikisi 44 kq), Patimat Baqomedova, Kəmalə Əliyeva (hər ikisi 51 kq), Fərəh Rəsulova (55 kq) və Aytən Əliyeva (72 kq) öz qüvvəsini sınamışlar. Yekunda isə Kəmalə Əliyeva (51 kq) gümüş, Marziget Baqomedova (44 kq) və Aytən Əliyeva (72 kq) bürünc medala sahib olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]