GENDER MƏSƏLƏLƏRİ İLƏ MƏŞĞUL OLAN 122 QEYRİ-HÖKUMƏT TƏŞKİLATI DÖVLƏT QEYDİYYATINDAN KEÇMİŞDİR
Azərbaycan Gender İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, indiyədək Ədliyyə Nazirliyində gender məsələləri ilə məşğul olan 122 qeyri-hökumət təşkilatı (QHT) qeydə alınmışdır.
Məlumatda deyilir ki, ötən ilin dekabrında Dövlət Şurasının yaradılması QHT-lərin, o cümlədən qadın problemləri ilə məşğul QHT-lərin işinin keyfiyyətinə müsbət təsir göstərəcəkdir. Gender problemləri sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları qadın hüquqlarının müdafiəsi, qadınların təhsil səviyyəsinin yüksəldilməsi ilə məşğuldurlar.