REGİONLAR
“Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi Laçında kreamika istehsalı üzrə ixtisaslaşmış məkan olacaq

Laçın, 28 dekabr, A.Yavərzadə, AZƏRTAC
Laçın “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi kreamika istehsalı üzrə ixtisaslaşmış məkan olacaq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin rəhbəri Emin Ələkbərov söyləyib. O bildirib ki, mərkəzdə rəngkarlıq, qrafika, heykəltəraşlıq kimi dekorativ tətbiqi sənətkarlıq sahələrinin nümayəndələri fəaliyyət göstərəcəklər.
“Mərkəzdə incəsənətlə bağlı müxtəlif simpoziumların, tədbirlərin keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, bura Laçında incəsənət məkanı kimi də tanınacaq. Burada istehsal edilən məhsullarda tarix və mədəniyyətimiz - Laçına, ümumiyyətlə Qarabağa aid elementlər təsvir olunacaq. Mərkəzdə istehsal olunan məhsullar Laçında satışa çıxarılacaq. Hazırda 8 rəssam fəaliyyət göstərir. Bir qismi Bakıdan dəvət olunub. Onlar sakinlərə bu sahə üzrə təlim keçirlər. Gələcəkdə burada azı 15 nəfər çalışacaq”, - deyə o qeyd edib.