CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb
Bakı, 3 iyul, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 5 fakt üzrə siqaretlərin gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının “DAF” və Türkiyə vətəndaşlarının “IVECO”, “Mercedes-Benz”, “Volvo” və “Mercedes-Benz 1840 LS” markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 5600 ədəd “Marlboro” və 400 ədəd “Parliament Nigth Blue” markalı siqaret aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.