GÖMRÜKÇÜLƏR PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞ, ÖTƏN İLƏ YEKUN VURMUŞLAR
X X X
Həmin gün Dövlət Gömrük Komitəsində peşə bayramına və ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında uğurlardan, nöqsanlardan söz açılmış, gələcəkdə görüləcək işlər müzakirə olunmuşdur.
Komitənin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov hesabat məruzəsi ilə çıxış edərək, gömrük əməkdaşlarını bayram münasibətilə təbrik etmiş, gələcək fəaliyyətlərində onlara uğurlar arzulamışdır.
Kəmaləddin Heydərov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi və qayğısı sayəsində ölkəmizin iqtisadiyyatının bütün sahələri kimi, gömrük işi də inkişaf edir və daim təkmilləşir.
Gömrük orqanlarının 2005-ci ildəki fəaliyyətinin bir sıra məqamları üzərində dayanan Kəmaləddin Heydərov qeyd etmişdir ki, görülən kompleks tədbirlər nəticəsində ötən il üçün Dövlət Gömrük Komitəsinə müəyyən edilmiş 1.750 milyard manat (yeni pulla - 350 milyon manat) büdcə proqnozu əvəzinə 1.880,9 milyard manat (376,2 milyon manat) məbləğində gömrük vergi və rüsumlarının toplanıb dövlət büdcəsinə köçürülməsi təmin olunmaqla, proqnoza 107,5 faiz əməl edilmişdir ki, bu da 2004-cü ilə nisbətən 577,5 milyard manat və yaxud 44,3 faiz çoxdur.
Ötən il qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizənin diqqət mərkəzində olduğunu söyləyən natiq vurğulamışdır ki, hesabat dövründə 5526 hüquqpozma faktı aşkar edilmişdir ki, bu da 2004-cü illə müqayisədə 2942 fakt və yaxud 2 dəfə çoxdur.
Bildirilmişdir ki, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Dövlət Gömrük Komitəsi arasında imzalanmış layihəyə uyğun olaraq, tətbiqinə başlanmış “Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən edilmiş hüquqpozmaların uçotu və nəzarətin avtomatlaşdırılmış sistemi” üzərində təkmilləşdirmə işləri görülmüş, “Gömrük rəsmiləşdirilməsi və nəzarətin avtomatlaşdırılmış sistemi”nin eksperimental istismarı zamanı verilən təkliflər əsasında sistemin yeni proqram təminatı yaradılmış, bu sistemlərin birgə işlənməsi məqsədi ilə paylanmış hüquqlar prinsipinin tətbiqi ilə ümumi məlumat bazası yaradılmışdır. Ötən il bir çox beynəlxalq tədbirlər və may ayında nüfuzlu beynəlxalq qurumların da qatıldığı “Prezident Heydər Əliyev və Azərbaycanda gömrük xidmətinin inkişafı” mövzusunda Beynəlxalq simpozium isə Heydər Əliyev dühasından daim bəhrələnən ölkə gömrükçülərinin ulu öndərin əziz xatirəsinə dünya ictimaiyyəti qarşısında sonsuz ehtiramının bariz nümunəsi kimi yadda qalacaqdır.
DGK sədri qazanılan uğurlarla yanaşı qarşıda duran təxirəsalınmaz vəzifələrdən də danışmışdır.
Mərasimdə DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Arif Əliyev, Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov, Tədris Mərkəzinin müdavimi Həbib Bağırlı çıxış edərək, gömrük sisteminin inkişafı, görülən işlər və qarşıdakı vəzifələrlə bağlı fikirlərini söyləmişlər.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Aydın Əliyev Komitənin 2006-cı il iş planı haqqında məlumat vermişdir.
Mərasimə yekun vuran Kəmaləddin Heydərov gömrükçülər adından Prezident İlham Əliyevi əmin etmişdir ki, Gömrük Komitəsinin və onun yerli orqanlarının şəxsi heyəti Heydər Əliyev siyasi kursuna sadiq qalacaq, respublikamızda həyata keçirilən islahatlarda dövlət başçısını daim dəstəkləyəcək, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcək, bütün ehtiyat mənbələrindən səmərəli istifadə etməklə, 2006-cı il üçün müəyyən edilmiş yüksək büdcə proqnozunun yerinə yetirilməsi, ölkəmizin iqtisadi suverenliyinin və təhlükəsizliyinin qorunması, iqtisadiyyatımızın dünya təsərrüfatı ilə inteqrasiyasının təmin olunması üçün bütün imkanlarını səfərbər edəcəkdir.
Sonda Azərbaycan Prezidentinə müraciət qəbul olunmuş, fərqlənən gömrükçülərə xüsusi rütbələr, həvəsləndirici mükafatlar, döş nişanları və fəxri fərmanlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]
Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb
- 08.10.2026 [19:02]
Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH
- 08.10.2026 [19:01]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:52]
Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb
- 08.10.2026 [18:51]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [18:49]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:35]
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib
- 08.10.2026 [18:22]
Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
- 08.10.2026 [18:18]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:56]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:51]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [17:50]
Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək
- 08.10.2026 [17:48]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:43]
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
- 08.10.2026 [17:33]
Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir
- 08.10.2026 [17:19]
“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub
- 08.10.2026 [17:16]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:15]
Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”
- 08.10.2026 [17:13]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:11]
Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:03]