“Google” ABŞ-da mağazalar şəbəkəsi açır
Bakı, 19 noyabr (AZƏRTAC). “Google” şirkəti ABŞ-da “Nexus” mobil qurğuları və “Chromebook” noutbuklarının satılacağı mağazalar şəbəkəsi açır. Şirkətin məlumatına görə, bayram mövsümü ərəfəsində “Google” ABŞ-ın altı şəhərində - Nyu-York, Vaşinqton, Çikaqo, Los-Anceles, Sakramento və Paramusda “Winter Wonderlabs” adlı mağazalar şəbəkəsini istifadəyə verəcəkdir.
Alıcılar “Nexus” şirkətinin istehsalı olan smartfon, planşet kompyuterlər, “Chromecast” qurğuları, eləcə də “Acer”, “HP” və “Samsung” şirkətlərinin buraxdığı “Chromebook” noutbuklarını əldə edə biləcəklər.
Qeyd edək ki, şirkətlərin öz mağazasını açmaq praktikası istehlak elektronikası istehsalçıları və mobil rabitə operatorları arasında geniş yayılmışdır. Belə ki, “Apple”, “Samsung”, “Nokia” və digər şirkətlər öz mağazalar şəbəkəsinə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]