Goranboyda Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunub
Gəncə, 26 fevral, Elcan Məmmədov, AZƏRTAC
Goranboy rayonunda Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Goranboy şəhərində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, idarə və müəssisələrin rəhbərləri, həmçinin rayon sakinləri əvvəlcə Yeni yaşayış massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Sonra soyqırımına həsr olunan rəsm-sərgi nümayiş etdirilib, ağacəkmə aksiyası keçirilib.