GÖRKƏMLİ İNCƏSƏNƏT XADİMİNƏ HƏSR OLUNMUŞ XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Tədbirin iştirakçıları əvvəlcə böyük sənətkarın həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olmuşlar.
Mədəniyyət naziri Polad Bülbüloğlu tədbiri açaraq Rza Təhmasibin xidmətlərini xatırlatmış və bildirmişdir ki, başqa rollarını kənara qoysaq belə, onun adı dünya xalqlarının 70-dən çox dilinə tərcümə olunmuş və Azərbaycan kinematoqrafının tarixinə qızıl hərflərlə yazılmış “Arşın mal alan” filminə görə yaddaşlarda yaşayacaqdır.
Azərbaycan Dövlət ədəbiyyat və incəsənət arxivinin direktoru Maarif Teymurov, “Bakının işıqları” filminin rəssamı Mirzə Rəfiyev, sənətkarın tələbələri R.Təhmasibin fəaliyyətinin üç istiqamətindən-rejissor, aktyor, pedaqoq kimi ətraflı danışmış, həmin sahələrdə onun xidmətlərini yüksək qiymətləndirmişlər.
Tədbirdə vurğulanmışdır ki, R.Təhmasibin səhnə yaradıcılığı əsasən Azərbaycan Milli Dram Teatrı ilə bağlı olmuşdur. O, burada aktyor və rejissor, direktor və bədii rəhbər kimi fəaliyyət göstərmişdir.
Sonda Rza Təhmasibin çəkildiyi və çəkdiyi filmlərdən parçalar göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]