GÖYÇAY VƏ LİDA ŞƏHƏRLƏRİ QARDAŞLAŞMIŞLAR
AZƏRTAC xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusa səfəri çərçivəsində bu ölkənin Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində, Ticarət Palatasında bir sıra görüşlər keçirmişdir. Nümayəndə heyətinin üzvləri Qrodno vilayətinin Lida şəhərindəki kənd təsərrüfatı texnikası istehsal edən “Lidaqroprommaş” ASC, “Lidselmaş” ASC, avtobuslar buraxan “Neman”, süd məhsulları və meyvə şirələri hazırlayan “Lida Süd-Konserv” kombinatı, “Lida Qida Konsentratları” ASC və “Lida Ət Kombinatı” ASC-nin istehsal prosesi, məhsulların keyfiyyət göstəriciləri ilə tanış olmuşlar. Göyçay və Lida şəhərlərindəki istehsal müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, özəl sektorun fəaliyyətinin genişləndirilməsi istiqamətində dövlətin həyata keçirdiyi səmərəli tədbirlər barədə Lida rayonunun rəhbərliyinə məlumat verilmişdir. Sonra Lida və Göyçay rayonları arasında ticarət, iqtisadi, elmi, texniki əməkdaşlıq əlaqələrinin inkişafına dair protokol imzalanmışdır.
Lida rayonunun rəhbərliyi martın 19-22-də Göyçaya gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]