Göyçayda 15 ton barama istehsalı gözlənilir
Göyçay, 22 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda barama istehsalı ilə məşğul olan kəndlilər hazırda şəxsi təsərrüfatlarında ipəkqurdu bəsləyirlər.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, aprelin 29-da Qax Damazlıq Baramaçılıq Stansiyasından inkubasiya olunmuş 5940 qram ipəkqurdu toxumu (312 qutu) Göyçaya gətirilərək 108 kümçü arasında paylanılıb. Bu da əvvəlki ildəkindən 2,5 dəfə çoxdur. Kəndlilər keyfiyyətli barama əldə etmək üçün hazırda ipəkqurdunu lazımi qədər tut yarpağı ilə təmin edirlər. Artıq 24 gündür ki, ipəkqurdunun bəslənmə prosesi gedir. Kümçülər iyunun 1-dən barama tədarükünə başlayacaqlar.
Kəndlilər yetişdirdikləri məhsulu əvvəlcədən bağladıqları müqaviləyə əsasən “Şəki İpək” ASC-yə təhvil verəcəklər. Bu il rayonda 15 ton barama tədarükü gözlənilir. Ötən il isə 5293 kiloqram barama istehsal olunmuşdu.
Qeyd edək ki, uzun illər fasilədən sonra 2016-cı ildə Göyçay rayonunda baramaçılığın inkişafı üçün tədbirlər görülməyə başlanılıb. Çəkdikləri zəhmətin müqabilində əldə etdikləri qazancdan razı qalan göyçaylı kümçülər daha çox barama istehsal etmək və yem bazasını artırmaq üçün boş torpaqlarda yeni tut bağları salıblar. Son iki ildə Göyçayda Çindən gətirilən 138 min ədəd, həmçinin 46 min ədəd yerli tut tingi əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]