GÖYÇAYDA ATS-LƏR YENİDƏN QURULACAQDIR
Göyçay Rayon Telekommunikasiya Qovşağından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yaxın günlərdə şəhər və kəndlərdəki ATS-lərin NGN texnologiyası əsasında yenidən qurulmasına, nömrələrin elektronlaşdırılmasına başlanacaqdır. Bununla əlaqədar keçirilmiş müsabiqədə qalib gələn “Komplas” şirkəti rayonun Alxasava, Mallı Şıxlı, Yeniarx, Mirzəhüseynli, Qaraxıdır, Ləkçiplaq, Qaraman, Müskürlü, Kürdşaban kəndlərində yeni ATS binalarının tikintisini, Çaxırlı, Çərəcə, Alpout, Qarabaqqal, Məlikkənd, Şəkər kəndlərindəki ATS binalarının əsaslı təmirini, onların nömrələrinin elektronlaşdırılmasını həyata keçirəcəkdir.
Bu tədbirlərdən sonra telefon abonentlərinin sayı 10 mindən 18 minə catacaq, onlar müasir tələblərə cavab verən rabitə, internet və multimedia xidmətlərindən istifadə edə biləcəklər. Yeni ATS-lərdə qurulacaq antennalar 200-dən çox televiziya kanalını izləməyə, radio proqramlarını dinləməyə, kompyuterlə videoyayım həyata keçirməyə imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]