Gözde Dizdar: Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb. Milli Məclisə seçkilər öncəsi müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda seçki kampaniyası ciddi rəqabət şəraitində keçir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Seçki-2020.az saytına açıqlamasında Türkiyənin tanınmış vətəndaş cəmiyyəti fəallarından olan, Qlobal İdarəçilik və İnkişaf Təşkilatının baş direktoru Gözde Dizdar bildirib.
“Azərbaycan seçkilərə hər zaman ciddi hazırlaşır. Mən 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi qismində iştirak etmişəm. Onu deyə bilərəm ki, Bakıda olduğum məntəqələrdə hər şey beynəlxalq standartlara uyğun idi. Seçki prosesini izləyən müşahidəçilər arasında müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələr var idi. Bu da şəffaflıq üçün olduqca vacibdir”, - deyə Gözde Dizdar vurğulayıb.
O bildirib ki, yeni formalaşacaq parlament ölkənin gələcək inkişafında mühüm rola malik olacaq. Əminəm ki, Azərbaycan xalqı seçkilərdə fəal şəkildə iştirak edərək, öz iradəsini ortaya qoyacaq. Bu, çox vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]