“Grammy” mükafatının qalibləri məlum olub
Bakı, 29 yanvar, AZƏRTAC
Nyu-Yorkda musiqi dünyasının ən nüfuzlu mükafatlarından sayılan “Grammy”nin 60-cı təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ifaçı Bruno Mars bir neçə nominasiyada “Grammy” mükafatı qazanıb. Onun “That's What I Like” adlı mahnısı “İlin ən yaxşı mahnısı” seçilib. Bundan başqa, onun “24 K Magic” albomu da “İlin ən yaxşı albomu” nominasiyasında qalib olub. Bruno Mars “Ən yaxşı səsyazma” nominasiyasında da mükafat qazanıb.
“Ən yaxşı klassik instrumental solo ifa” nominasiyasında birinci yerə rus pianoçu Daniil Trifonov layiq görülüb. “Ən yaxşı pop ifa” nominasiyasında Ed Şiran fərqlənib. Aktrisa Kerri Fişer ölümündən sonra “Ən yaxşı sözlü albom” nominasiyasında qalib olub. Mükafat ən yaxşı poetik seçmələrə və ya audiokitablara görə verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]