Güclü külək Yeni Suraxanı qəsəbəsində təbii qaz təsərrüfatına ziyan vurub
Bakı, 6 aprel, AZƏRTAC
Güclü külək Yeni Suraxanı qəsəbəsində təbii qaz təsərrüfatına ziyan vurub.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, aprelin 6-sı səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 millimetr olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb. Birliyin əməkdaşları hadisə yerindədir, operativ tədbirlər görülür. Güclü küləklə bağlı mobil qruplar bütün ərazilərdə iş başındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]