Güclü qasırğa Gürcüstanın qərb bölgəsinin elektrik enerjisi ilə təminatında problemlər yaratmışdır
Tbilisi, 20 noyabr (AZƏRTAC). Güclü qasırğa Gürcüstanın qərb bölgəsinin elektrik enerjisi ilə təminatında problemlər yaratmış, ciddi fəsadlar törətmişdir. Hazırda bölgədə 40 minədək abonentə elektrik enerjisi verilmədiyi bildirilir.
Zuqdidi rayonunun infrastrukturuna daha ciddi ziyan dəymişdir. Külək onlarla evin dam örtüyünü uçurmuş, ağacları aşırmışdır. Qaz kəmərinin və elektrik xəttinin də zədələndiyi xəbər verilir.
Bölgəyə dəymiş ziyanın miqyasını müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılmışdır.
Sinoptiklər əlverişsiz hava şəraitinin daha bir gün davam edəcəyini proqnozlaşdırırlar.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]