Güclülərin turnirində boks həvəskarları 19 döyüşün şahidi olmuşlar
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə boks həvəskarları 19 döyüşün şahidi olmuşlar. Yalnız 69 kiloqram (kq) çəki dərəcəsində Rəsul Dibirov - Emil Məhərrəmov qarşılaşması vaxtından əvvəl başa çatmışdır. Uzun illər milli komandamızın kapitanı olmuş Məhərrəmov birinci raundda rəqibini nokauta salmışdır. Dünya və Avropa çempionatının mükafatçısı, Pekin Olimpiya Oyunlarının iştirakçısı Samir Məmmədovla gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngovun da görüşü böyük maraq doğurmuşdur. Şahpələngov təcrübəli rəqibini 9-2 hesabı ilə məğlub etmişdir. Son Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə də ilk döyüşünü qələbə ilə başa vurmuşdur. Sumqayıt təmsilçisi mart ayında keçirilmiş “Böyük İpək Yolu” turnirinin gümüş mükafatçısı Ramal Yusifzadə üzərində 5:0 hesabı ilə qələbə qazanmışdır. “Böyük İpək Yolu” turnirinin qalibi olmuş Anar Cəfərov (64 kq) isə Qismət Eynullayevə uduzaraq, yarışdan kənarda qalmışdır - 3:4. Günün digər gözlənilməz nəticəsi də 64 kq çəki dərəcəsində qeydə alınmışdır. Son ölkə çempionatının qalibi Tamerlan Abdullayev Nurlan Məmmədova 6:8 hesabı ilə uduzmuşdur. WSB liqasında “Baku Fires” komandasının heyətində çıxış etmiş Heybətulla Hacəliyev və Romal Amanov da yarışa qələbə ilə başlamışlar.
“Ən güclülərin seçmə yarışı”na mayın 10-da yekun vurulacaqdır. Qaliblər və finalçılar milli komandanın heyətinə cəlb olunacaqlar. Qeyd edək ki, boksçularımız iyunda Ankarada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]