GÜLƏN - MÜASİR DÖVRÜN ƏN NÜFUZLU İNTELLEKTUALIDIR
AZƏRTAC xəbər verir ki, Britaniyanın “Prospect” və Amerikanın “Foreign policy” jurnallarının dünyada 50 min nəfərdən çox adam arasında apardıqları sorğunun nəticələrinə görə, Türkiyə mütəfəkkiri və moizəçisi Fəthulla Gülən zəmanəmizin 20 ən nüfuzlu intellektualı arasında birinci yeri tutmuşdur.
Sorğu vərəqəsinə 100-ə qədər ən müxtəlif soyad daxil idi.
Reytinqin ilk onluğuna dini və ictimai xadimlər, moizəçilər, iqtisadçılar, yazıçılar və başqaları daxil olunmuşlar. Onların hamısı müsəlmandır. “Foreign policy” jurnalı təəccübünü gizlətmədən qeyd edir ki, “bu il aparıcı intellektuallar onluğu yalnız müsəlmanlardan ibarətdir”.
Banqladeşdən “yoxsullar bankiri” adlandırılan Nobel mükafatı laureatı Məhəmməd Yunus reytinqdə ikinçi yerdədir. Tanınmış ilahiyyatçı alim Yusif əl-Karadavi üçüncü, türkiyəli yazıçı, ədəbiyyat sahəsində 2006-cı ilin Nobel mükafatı laureatı Orxan Pamuk dördünçü, yerli pakistanlı siyasətçi və hüquq müdafiəçisi Aitzaz Əhsən beşinçi, misirli telemoizəçi Əmr Xalid altınçı yeri tutmuşlar. İranlı filosof Əbdülkərim Saruş və isveçrəli mütəfəkkir və ictimai xadim Tariq Ramadan müvafiq olaraq yeddinci və səkkizinçi yerdədirlər. Doqquzunçu yeri uqandanlı antropoloq Mahmud Mamdani, onuncu yeri isə iranlı hüquq müdafiəçisi, 2003-cü ilin Nobel sülh mükafatı laureatı Şirin Ebadi tutmuşlar.