“Gulf Air” aviaşirkəti iyundan Manama-Bakı reysini yerinə yetirməyə başlayacaq
Bakı, 16 may, Elvin Camalov, AZƏRTAC
“Gulf Air” aviaşirkəti iyun ayından Bəhreynin paytaxtı Manamadan Bakıya uçuşlar yetirməyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Bildirilib ki, Bəhreynin “Gulf Air” aviaşirkəti 2018-ci il iyunun 12-dən etibarən Manamadan Bakıya birbaşa reyslər həyata keçirəcək.
Uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Təyyarə Bəhreyn Beynəlxalq Aeroportundan yerli vaxtla saat 01:20-də uçacaq, Bakıya isə yerli vaxtla saat 05:00-da çatacaq. Bakıdan uçuş saatı 05:45-də həyata keçiriləcək, Bəhreyn aeroportuna isə yerli vaxtla saat 07:25-də enəcək.
Qeyd edək ki, Bəhreyn Beynəlxalq Aeroportu paytaxt Manamadan 7 kilometr aralıda Əl-Mühərrək adasında yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]