Gülgün Öztürk: Duzdağ Uca Yaradanın Naxçıvana bəxş etdiyi ən gözəl nemətdir
Naxçıvan, 20 oktyabr, AZƏRTAC
Eyni mədəniyyətin, dilin, oxşar adət-ənənələrin yaşadıldığı Naxçıvan diyarı, həqiqətən, insana doğmalıq hissi verir. Muxtar respublikaya ilk dəfədir ki, gəlməyimə baxmayaraq, burada ancaq səmimiyyət, qonaqpərvərlik gördüm.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində mühasiblərin və auditorların VII Avrasiya forumunun Türkiyədən olan təmsilçisi Gülgün Öztürk deyib.
Səfər çərçivəsində qədim diyarın tarixi abidələri ilə tanış olduqlarını bildirən qonaq vurğulayıb ki, Naxçıvan şəhərinə daxil olduğu andan ilk diqqətini cəlb edən məsələ şəhərin təmiz və sakit olması idi. Bununla yanaşı, bir-birindən maraqlı və fərqli dizaynda park və xiyabanların olması, hər tərəfdə abadlıq-quruculuq işlərinin aparılması da insanda xoş təəssüratlar yaradır.
“Burada adını çox eşitdiyim, səfər çərçivəsində tanış olduğum Duzdağ Uca Yaradanın Naxçıvana bəxş etdiyi ən gözəl nemətdir”, - deyən Gülgün Öztürk diqqətə çatdırıb ki, Duzdağ Fizioterapiya Mərkəzində bronxial astma, xroniki bronxit, bronxit, allergik rinit xəstəliklərinin təbii yolla müalicəsi möcüzədir. Buna görə də müxtəlif ölkələrdən gələn hər kəs digər insanlara da buranı tövsiyə edirlər. Bu da mərkəzin daha da inkişafına, muxtar respublikanın tanınmasına, turizm potensialının genişlənməsinə imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]
Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO
- 14.06.2026 [23:41]
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO
- 14.06.2026 [20:46]