Gün ərzində qeydə alınmış cinayətlərin yarıdan çoxunun üstü “isti izlər”lə açılmışdır
Bakı, 10 may (AZƏRTAC). Respublikanın daxili işlər orqanları tərəfindən mayın 8-də 55 cinayət faktı qeydə alınmışdır. Onların da 28-nin üstü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında qeydə alınmış 2 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölmüş, 5-i isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 22 nəfər həbs olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]