Gündə 30 dəqiqə yüngül hərəkətlər etmək maddələr mübadiləsini gücləndirir – ARAŞDIRMA
Bakı, 16 oktyabr, AZƏRTAC
Finlandiyanın Turku Universitetinin alimləri araşdırma apararaq müəyyən ediblər ki, hər gün yarımsaatlıq yüngül fiziki aktivlik, məsələn, parkda gəzinti və ya telefon danışığı zamanı ayağa qalxmaq yağ və karbohidratların enerjiyə çevirmək qabiliyyətini artırır.
AZƏRTAC sciencealert.com saytına istinadla xəbər verir ki, araşdırmada 40-65 yaş arası, diabet və ürək xəstəliyi olmayan, lakin risk altında olan 64 nəfər iştirak edib. Könüllülərin yarısına gündəlik oturaq vaxtlarını azaltmaq üçün sadə vərdişlər - pilləkəndən istifadə, masa arxasında işləmək və qısa gəzintilərə çıxmaq öyrədilib. Nəticələr göstərib ki, oturaq vaxtın gündə ən azı 30 dəqiqə azalması maddələr mübadiləsini yaxşılaşdırır və həyat tərzi ilə bağlı xəstəliklərin qarşısını almağa kömək edir.
Tədqiqatçı Taru Qartvayt bildirib ki, hətta yüngül gündəlik hərəkət belə, metabolik sağlamlığı dəstəkləyə və risk qrupunda olan insanlara fayda verə bilər. Alimlər əlavə ediblər ki, həftədə orta intensivlikdə 2 saat 30 dəqiqə hərəkət tövsiyə olunur.
Tədqiqat “Scandinavian Journal of Medicine & Science in Sports” jurnalında dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [11:20]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [08:53]
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
- 03.10.2026 [07:11]
ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]