Azərbaycan Dövlət İnformasiya Agentliyi

Günel Şamilova: Dil bir gündə pozulmur, o, səssiz, amma ardıcıl şəkildə zədələnir

Günel Şamilova: Dil bir gündə pozulmur, o, səssiz, amma ardıcıl şəkildə zədələnir

Bakı, 21 yanvar, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin “Xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir” sözləri sadəcə tarixi sitat deyil, bu gün hər birimizin qarşısında dayanan məsuliyyət çağırışıdır. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, o milli kimliyimizin, tarixi yaddaşımızın və dövlətçilik şüurumuzun əsas dayağıdır. Prezident İlham Əliyevin son illərdə, xüsusilə AMEA-nın 80 illik yubileyində və 2026-cı il yanvarın 5-də yerli televiziyalara müsahibəsində səsləndirdiyi fikirlər də bu məsələyə məhz strateji yanaşmanın göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Slavyan Universitetinin Azərbaycan dili kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Günel Şamilova deyib.

“Dövlət mövqeyi nə qədər aydın olsa da, gündəlik həyatımızda görürük ki, bu çağırışlar bəzi hallarda hələ tam mənada anlaşılmayıb. Bu, bizim davranışımıza çevrilməlidir. Bu gün şəhərin küçələrində, vitrinlərdə və reklam lövhələrində Azərbaycan dilinin vəziyyəti düşündürücüdür. “Sale”, “Discount”, “New Arrival” və bu kimi ifadələr artıq istisna deyil, adi mənzərəyə çevrilib. Dilimiz sanki görünməz bir yarışa salınıb və çox vaxt bu yarışda uduzan tərəf elə öz sözümüz olur. Prezidentin “damcı-damcı” xəbərdarlığı məhz burada real məna qazanır. Dil bir gündə pozulmur, o, səssiz, hiss olunmadan, amma ardıcıl şəkildə zədələnir. “Dama-dama göl olar” deyimi bu mənzərə üçün təsadüfi seçilməyib”, - deyə alim bildirib.

O qeyd edib ki, əgər bir vaxtlar televiziya dil modeli sayılırdısa, bu gün həmin rolu sosial şəbəkələr oynayır: “Like etmək”, “story atmaq”, “dm atmaq” və s. kimi ifadələr təkcə virtual məkanda qalmır, gündəlik danışıq dilinə keçir. Qısaltmalar, yarımçıq cümlələr, emosional, amma məzmunsuz ifadələr ədəbi dilin yerini daraldır. Bugünkü nəsil elə düşünür ki, dil modeli budur, belə danışmaq lazımdır. Burada problem dilin inkişafı deyil, problem onun nəzarətsiz və məsuliyyətsiz dəyişməsidir”.

Müsahibimizin fikrincə, hazırda Azərbaycan dilinin ən sürətlə pozulduğu və bunun yayıldığı mühit televiziya yox, vlogerlər, blogerlər və onlayn satış platformalarıdır: “Bir vlogerin işlətdiyi ifadə ertəsi gün satış elanında, bir həftə sonra isə küçə danışığında görünür. Dil burada elmi normalarla yox, bəyənmə, baxış və satış sayı ilə ölçülür. “Bu məhsul var ha, topdu”, “Real deyirəm, peşman olmazsan” “Best price only today” və s. Bu cümlələr, bəlkə də, satış üçün effektlidir, amma dil üçün təhlükəlidir. Məsələ təkcə yad sözlərdə deyil, məsələ öz dilimizə inamsızlıqdadır. Bu mənada rus dilinin mənfi təsiri də kifayət qədərdir. “Endirim”, “təklif”, “yeni məhsul” sözləri var ikən niyə onlardan qaçırıq? Televiziya isə hələ də böyük təsir gücünə malikdir. Aparıcıların dili, seriallardakı dialoqlar, xüsusilə də xarici seriallar, cizgi filmləri uşaq-böyük, hər kəsin nitqində qrammatik və leksik pozuntular yaradır. Prezidentin “dil norması pozulmamalıdır” xəbərdarlığı burada sadəcə tövsiyə yox, ictimai məsuliyyət çağırışıdır. Efir dili milli modeldən uzaqlaşdıqca, cəmiyyətin nitq mədəniyyəti də zəifləyir”.

Günel Şamilova bildirib ki, dilə məhəbbət ailədə başlayır, dərslikdə isə davam edir. Dərsliklərdə ədəbi nümunələrin azlığı, milli-mənəvi dəyərləri əks etdirən mətnlərin yetərsizliyi şagirdin söz ehtiyatını kasadlaşdırır. Müəllim nitqi isə həlledici faktordur. Uşaq eşitdiyini öyrənir. Dilin qorunması burada yalnız proqram məsələsi deyil, şəxsi nümunə məsələsidir. Bu gün Azərbaycan dilinin xarici dil kimi tədrisi artıq regional məsələ deyil. Dilimizi beynəlxalq müstəvidə tanıtmaq üçün onun saf, sistemli və nüfuzlu olması şərtdir. Prezident İlham Əliyevin dediyi kimi: “Dil qorunmazsa, dövlət zəifləyər”. Dilini qoruya bilməyən xalq onu dünyaya da təqdim edə bilməz. Bu kontekstdə Bakı Slavyan Universitetində görülən işlər xüsusi qeyd olunmalıdır.

O əlavə edib ki, zamanla vlogerlər, blogerlər dəyişəcək, platformalar yenilənəcək, “trend”lər unudulacaq: “Amma dil qalacaq, əgər biz onu qoruya bilsək. Azərbaycan dili laylamızın, əsgər andımızın, qalib xalqın çağırış dilidir. Onu vitrinlərdə, efirdə, sosial şəbəkələrdə xırdalamaq yox, uca tutmaq borcumuzdur. Çünki gələcəyə gedən yol təkcə məktəbdən yox, ekrandan da keçir. Dil milli kimliyin əsas amilidir. Bu amili qorumaq isə təkcə dövlətin yox, hər birimizin məsuliyyətidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neft bahalaşıb

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ