DÜNYA
Gürcüstan “AstraZeneca” peyvəndinin növbəti partiyasını alıb
Tbilisi, 6 may, AZƏRTAC
Gürcüstan koronavirusa qarşı “AstraZeneca” peyvəndinin növbəti partiyasını alıb.
AZƏRTAC xəbər verir ki, artıq peyvəndin 43 min dozadan ibarət növbəti partiyası ölkəyə gətirilib.
“AstraZeneca” peyvəndinin bu partiyası preparatın ilk dozasını alanlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, Gürcüstan “AstraZeneca”nın ilk partiyasını martın 13-də alıb. Ölkədə bu peyvənd ilə vaksinasiya martın 15-dən, “Pfizer” ilə martın 30-dan, “Sinopharm” ilə isə mayın 4-dən aparılır.
Artıq 25 min 461 nəfər “AstraZeneca”nın ilk dozasını alıb, daha 10 min nəfər isə bu preparatla peyvəndlənmək üçün qeydiyyatdan keçib.
İkinci dozanın vurulmasına mayın 10-dan başlanılacaq.
Mayın sonuna yaxın daha 43 min dozanın əldə olunması nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi