Gürcüstan əhalisinin sayı cüzi artıb
Tbilisi, 25 aprel, AZƏRTAC
Gürcüstan əhalisinin sayı cari il yanvarın 1-nə 3 milyon 704 min 500 nəfər təşkil edib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 min 900 nəfər çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib. Bildirilir ki, 2025-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən, Gürcüstan əhalisinin 61,5 faizi şəhərlərdə yaşayır. Şəhər əhalisinin də üçdəbiri paytaxt Tbilisidə məskunlaşıb.
Ümumi əhalinin 19,2 faizi 0-14 yaş arasında, 64,2 faizi 15-64 yaşda, 16,6 faizi isə 65 yaşdan yuxarı olan insanlardır. Əhalinin 1 milyon 774,5 min nəfərini kişilər, 1 milyon 920,1 min nəfərini isə qadınlar təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]