Gürcüstan hökuməti Rusiya ilə danışıqlara başlamağa hazırdır
Tbilisi, 9 mart, AZƏRTAC
Gürcüstan hökuməti Rusiya ilə danışıqlara bağlamağa hazırdır.
AZƏRTAC xəbər verir ki, Gürcüstan hökumətinin mətbuat xidməti bununla əlaqədar Baş nazirin bəyanatını yayıb.
Bəyanatda bildirilir ki, Baş nazir məsələ ilə əlaqədar Cenevrə danışıqlarında iştirak etməyə hazırdır. Qeyd edilir ki, 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan ilə Rusiya arasında diplomatik münasibətlər dayandırılıb. Bunun nəticəsində biz, çox ağır reallıqlarla qarşılaşırıq. Biz Rusiya ilə ikitərəfli iqtisadi-ticari əlaqələr qurmuşuq, amma faciəli hadisələr davam edir”.
“Mən Rusiya Federasiyasının rəhbərliyinə müraciət edərək indiki və gələcək nəsillərin dostluğu üçün qarşılıqlı addımlar atmağa çağırıram”, - deyə Baş nazirin bəyanatında qeyd edilir.
Gürcüstanın Baş naziri münasibətlərin normallaşması və münaqişənin sülh yolu ilə həlli ilə bağlı abxaz və osetinlərlə də danışıqlara hazır olduqlarını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]