Gürcüstan MSK Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək
Tbilisi, 13 noyabr, AZƏRTAC
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək.
Bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının üzvü Dimitri Cavaxadze AZƏRTAC-a açıqlamasında deyib.
D.Cavaxadze bildirib ki, Gürcüstan MSK Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün artıq müvafiq dəvət alıb. MSK rəhbərliyi müşahidə missiyasının göndərilməsinə razılıq verib. MSK üzvlərindən başqa, parlamentin deputatlarının da müvafiq beynəlxalq təşkilatların tərkibində Azərbaycanda keçiriləcək seçkiləri izləyəcəkləri gözlənilir. Amma hələlik nə MSK-dan, nə də parlamentdən neçə müşahidəçinin Azərbaycana gedəcəyi məlum deyil.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [16:32]
Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub
- 04.09.2026 [13:54]
Bakıda Avropa-Azərbaycan münasibətlərinə dair müzakirələr aparılıb YENİLƏNİB
- 04.09.2026 [12:55]
Qarabağla bağlı qərəzli materialına görə “The Guardian”a etiraz bildirilib
- 04.09.2026 [12:04]
Mariyana Kuyundziç: Aİ-Azərbaycan münasibətləri dinamik inkişaf edir
- 04.09.2026 [11:51]
Fərid Şəfiyev Avropa-Azərbaycan gündəliyində əsas prioritetləri açıqlayıb
- 04.09.2026 [02:28]