GÜRCÜSTAN PARLAMENTİNİN YENİ DEPUTATLARI NARKOLOJİ MÜAYİNƏDƏN KEÇİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 6-cı çağırış Gürcüstan parlamentinə mayın 21-də keçirilmiş seçkilərdə qalib gəlmiş namizədlərin narkoloji müayinədən keçməsi prosesi davam edir.
Müayinə zamanı birləşmiş müxalifətin lideri Levan Qaçeçiladze və hakim partiyadan deputat Levan Menabdenin analizlərinin tərkibində şübhəli elementlər aşkara çıxarılmış və onlara yenidən müayinədən keçmələri təklif olunmuşdur. L.Qaçeçiladze yenidən analiz vermiş, L.Menabde isə öz partiyasının (hakim partiyanın) nüfuzuna kölgə salmamaq məqsədilə deputatlıq mandatından imtina etdiyini bildirmişdir. L.Qaçeçiladzenin analizində 0,8 qram kodein çıxmışdır. O, başağrısı həbi qəbul etdiyini bildirmiş və həqiqətin bərpası üçün bütün vasitələrdən istifadə edəcəyini demişdir. 5 faizlik maneəni dəf edən 4 partiyadan biri, Leyboristlər partiyasının lideri Şalva Natelaşvili iyunun 4-də narkoloji müayinə mərkəzində analiz verdikdən sonra jurnalistlərə bildirmişdir ki, parlamentə müxalifətin boykot elan etməsi tələbi qüvvədədir, lakin bu prosesi keçmək vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]