Gürcüstan-Rusiya avtomagistralı bütün növ avtomobillər üçün bağlanıb
Tbilisi, 27 dekabr, AZƏRTAC
Gürcüstanı Rusiya ilə birləşdirən yeganə avtomobil yolu Yuxarı Lars magistralı dekabrın 26-da axşam saatlarında bütün növ avtomobillər üçün bağlanıb.
AZƏRTAC xəbər verir ki, buna həmin ərazilərə güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsinin artması səbəb olub.
Qeyd edək ki, dekabrın 26-da səhər avtomagistral yalnız qoşqulu və yarım qoşqulu yük avtomobilləri üçün bağlanmışdı. Axşama doğru isə güclü qar səbəbindən yol bütün növ avtomobillər üçün bağlanıb.
Həm Rusiya, həm də Gürcüstan tərəfi avtomobil sahiblərinə alternativ yollardan istifadə etməyi məsləhət görür.
Yolun nə vaxt açılacağı hələlik məlum deyil.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]