GÜRCÜSTANDA BEYNƏLXALQ POEZİYA FESTİVALI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 14-də Gürcüstanda Vladimir Mayakovskinin anadan olmasının 115-ci və Nodar Dumbadzenin anadan olmasının 80-ci ildönümünə həsr edilmiş II Beynəlxalq Rusiya-Gürcüstan poeziya festivalı keçiriləcəkdir. Festivalda dünyanın 21 ölkəsindən, o cümlədən Azərbaycandan rusdilli yazıçı və şairlər iştirak edəcəklər.
Təntənəli tədbirlər Tbilisi, Mtsxeta, Siqnaxi, Tsinandali, Gürcaani və Batumi şəhərlərində, eləcə də Vladimir Mayakovskinin doğulduğu Baqdadi kəndində keçiriləcəkdir. Festivalın proqramına poeziya gecələri, “dəyirmi masa” görüşləri, sərgilər daxildir. İyulun 24-də Bütün Gürcüstanın katolikos-patriarxı II İliya festival iştirakçılarını qəbul edəcəkdir.
Festivalın təşkilatçılarının fikrincə ədəbi forumun əsas məqsədi qədim ədəbi ənənələri davam etdirmək, müxtəlif ölkələrdən olan şairlərlə əlaqələr yaratmaq, son illər az qala unudulmuş qarşılıqlı tərcümə mexanizmini tənzimləməkdir.
İyulun 26-da başa çatacaq fesivalın materialları əsasında “Dialoq” adlı məcmuə çap ediləcək və dünyanın ən iri kitabxanalarına göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]