Gürcüstanda dəniz limanının tikintisi üçün müsabiqə elan olunacaq
Tbilisi, 12 mart, AZƏRTAC
Yaxın günlərdə Anakliya dərin özüllü dəniz limanının tikintisi ilə əlaqədar müsabiqə elan olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili söyləyib. Onun sözlərinə görə, yaxın vaxtlarda dəniz infrastrukturunda işə başlayacaq tikinti şirkəti seçiləcək.
“Hər iki istiqamətdə intensiv iş aparılır. Prosesləri sürətləndirmək üçün texnoloji hissədə bizə kömək edən yüksək reputasiyaya malik beynəlxalq (məsləhətçi) şirkəti işə götürdük. Müvafiq olaraq, HAEDES ilə birgə tender təklifi hazırlanıb. Bu, Belçikanın aparıcı şirkətidir və biz artıq tikinti müsabiqəsi elan etməyə başlayırıq”, - deyə L.Davitaşvili vurğulayıb.
Onun sözlərinə görə, hökumətin son iclasında yekun detallar razılaşdırılıb. Mayın sonuna qədər hökumət öz təkliflərini verəcək və bu il tərəfdaşların seçimi də baş tutacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]