MƏDƏNİYYƏT
Gürcüstanda “Müasir Azərbaycan nəsri antologiyası” çap olunub
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.
Gürcüstanın “İntellekti” nəşriyyatında çap edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, “Ön söz”ün müəllifi görkəmli gürcü yazıçısı Quram Odişariyadır.
Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tbilisidə keçiriləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [22:00]
“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]