GÜRCÜSTANDA NEFTİN QİYMƏTİNİN ARTMASI GÖZLƏNİLMİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın neft məhsulları istehsalçıları, idxalçıları və istehlakçıları ittifaqının sədri Vano Mtvralaşvili ölkədə kifayət qədər yanacaq ehtiyatı olduğunu bildirmişdir. Onun sözlərinə görə, hazırkı mərhələdə Gürcüstanda neftin qiymətinin artması gözlənilmir. Mövcud ehtiyat kifayət qədərdir və Gürcüstan ərazisinə neft məhsulları bu gün də maneəsiz daxil olur.
İndiki mərhələdə yanacağın yalnız Azərbaycandan və Türkmənistandan gəldiyini vurğulayan V.Mtvralaşvili demişdir ki, rus hərbçiləri Poti limanını bütünlüklə işğal etdikdən sonra benzin dəmir yolu ilə daşınır. Gələcəkdə Gürcüstanın tələbatı tam ödəyəcək miqdarda yanacağı olacaqdır. Azərbaycandan nəql olunan neft bizə daha sərfəli və ucuz başa gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]