GÜRCÜSTANDAKI HADİSƏLƏR ZAMANI KUTAİSİ YAXINLIĞINDA İSTİRAHƏT EDƏN AZƏRBAYCANLI UŞAQLAR HEÇ BİR PROBLEMLƏ ÜZLƏŞMƏYİBLƏR
Gürcüstandakı hadisələr zamanı bu ölkənin Kutaisi şəhəri yaxınlığında istirahət edən azərbaycanlı uşaqlar heç bir problemlə üzləşməyiblər. Azərbaycanın Xarici İşlər Nazirliyi təkcə Gürcüstandakı deyil, digər ölkələrdəki soydaşlarımızı da daim diqqətdə saxlayır və onların üzləşdikləri problemlərin həllinə yardım göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim avqustun 18-də keçirdiyi mətbuat konfransında məlumat vermişdir. O demişdir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Kutaisidə istirahət edən azərbaycanlılarla daim əlaqə saxlamışdır. Qonşu ölkədə yaranmış gərgin vəziyyət zamanı nə Kutaisidə istirahət edən azərbaycanlılara, nə də Gürcüstanda yaşayan soydaşlarımıza ziyan dəyməmişdir.